SON XƏBƏRLƏR

Həmədanda çox sayda dini azlıq həbs edildi

2023.11.09, 13:13
Həmədanda çox sayda dini azlıq həbs edildi

İran təhlükəsizlik və kəşfiyyat nazirliyinin yerli bölməsinin əməkdaşları Həmədan şəhərində çox sayda islam dininin bəhai təriqətinə mənsub şəxsi həbs ediblər.

Gunaz.tv

Bu barədə məlumat yayan Beynəlxalq Bəhai İcması saxlanılanların 9 nəfər olduğunu bildirib.

Bununla yanaşı daha 11 bəhainin evində axtarış aparılıb, onların şəxsi əşyaları müsadirə edilib.

Həbs edilənlərin ittihamı və hara aparıldıqları barədə məlumat verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar