SON XƏBƏRLƏR

Fələstin Milli İdarəsi Qəzzanın Amerika tərəfindən idarə olunmasına razılaşa bilər

2023.11.10, 11:13
Fələstin Milli İdarəsi Qəzzanın Amerika tərəfindən idarə olunmasına razılaşa bilər

Nyu-York Taymz qəzetinin iddiasına görə Fələstin Milli İdarəsinin rəisi Mahmud Abbas müharibə bitəndən sonra Qəzzanın Amerika tərəfindən idarə olunması barədə bu ölkə ilə razılaşa bilər.

Gunaz.tv

Qəzet həmçinin bildirib ki, Mahmud Abbas Qəzza barədə Amerikaya belə bir rolun verilməsinə tam müstəqil Fələstin dövlətinin yaradılması şəti ilə razılaşır. 

Fələstinli lider həmçinin bildirib ki, müstəqil dövlət yaradıması İsrail-Fələstin münaqişəsnin həllinə təkcə çıxış yoludur və Amerika belə bir öhdəliyə tam bağlı qalmalıdır.

Fələstin Azadlıq Təşkilatının baş katibi Hüseyn Əlşeyx qəzetə bildirib ki, ötən həftə ABŞ-ın dövlət katibi Entoni Bilinkenlə bu barədə danışıb. 

“Fələstin Milli İdarəsi Qəzzanın, İordan çayı Qərb Sahilinin və şərqi Qüdsün bu idarənin hakimiyyətində qalacağına Amerika tərəfindən əmin etməyi isəyir. 

Milli İdarə həmçinin İsraili iki ayrıca dövlət prinsipinə razılaşmağa məcbur edilməsi barədə Amerika tərəfindən ciddi bir planın təqdim olunmasını gözləyirlər.”-deyə baş katib bildirib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar