SON XƏBƏRLƏR

İsrail təxminən 100 girovun azad edilməsi üçün HƏMAS-la danışıqlar aparır

2023.11.11, 11:14
İsrail təxminən 100 girovun azad edilməsi üçün HƏMAS-la danışıqlar aparır

İsrail Fələstinin radikal HƏMAS hərəkatı ilə 100-ə yaxın girovun azad edilməsi üçün danışıqlar aparır. Bu barədə “The New York Times” (NYT) İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Gunaz.tv

Qeyd olunub ki, 240 nəfərin təxminən yarısı mülki şəxslərdir və tərəflər böyük razılığa gələ bilsələr, girovlar azad ediləcək.

Müzakirə olunan variantlardan birinə görə, HƏMAS ilk olaraq 10-20 mülki vətəndaşı azad edəcək və əgər İsrail bütün şərtləri yerinə yetirsə, daha 100 girov azad olunacaq. 

Bunun müqabilində HƏMAS döyüşlərdə qısa fasilə, külli miqdarda humanitar yardım, xəstəxanalar üçün yanacaq, İsrail həbsxanalarından qadın və uşaqların azad edilməsini istəyir.

Nəşr qeyd edib ki, Qətər danışıqlarda vasitəçi kimi çıxış edir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar