SON XƏBƏRLƏR

“Hakimiyyətə bağlı media müxaliflərə qarşı yalan yayır və ittiham edirlər.”- Moləvi Əbdülhəmid

2023.11.11, 12:03
“Hakimiyyətə bağlı media müxaliflərə qarşı yalan yayır və ittiham edirlər.”- Moləvi Əbdülhəmid

Zahidan şəhəri sünni icmasının imamı Moləvi Əbdülhəmid hakimiyyətə və təhlükəsizlik orqanlarına bağlı medianın müxaliflərə qarşı yalan yaydığını və ittiham ediklərnin tənqid edib.

Gunaz.tv

Moləvi noyabrın 10-u Zahidanda keçirilmiş cümə namazı xütbələrində hakimiyyətə bağlı medianın Məki Məscidi əməkdaşlarını və hakimiyyəti tənqid edənləri yalan ittihamlarla şantaj etdiklərini deyib.

“medianın funksiyası gerçəklikləri əks edirməkdir. Lakin hakimiyyətə bağlı media müxalifləri, tənqid və ədalət tələb edənlərə qarşı yalan ittihamlar vurmaqla onları sıxışdırıb mübarizə arenasından uzaqlaşdırmaq istəyirlər. 

Media azadlığı hər hasnı sivilizasiyanın ilkin azadlıqlarından biridir. Heç olmasa bu barədə öz qanunlarınıza hörmətlə yanaşın. 

Gerçəklikləri əks etdirən mxalif media əməkdaşlarını və jurnalistləri cəlb edib saxlamayın və saxladığınız şəxləri də buraxın.”-deyə Əbdülhəmid hakimiyyəti tənqid edib. 

Möləvi həmçinin dini azlıqların dünyada tanınmış hüquqları barədə danışıb.

“Sünni icmasının televiziyaya və kanala malik olmasına, həmçinin öz hüquqlarını müdafiət etmək üçün müstəqil partiya qurmasına icazə vermirsiz. Lakin bu azadlıqlar dünyanın hər hansı ölkəsində təmin olunur.”-deyə sünni lider bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar