SON XƏBƏRLƏR

İsmayıl Həniyə Qəzzaya yardımı sataraq terrora maliyyə təmini edib

2023.11.11, 13:57
İsmayıl Həniyə Qəzzaya yardımı sataraq terrora maliyyə təmini edib

Fələstinin HƏMAS təşkilatının siyasi bürosunun 2017-ci ildən rəhbəri İsmayıl Həniyə Ərəbistanın vaxtı ilə Qəzzaya ayırdığı yardımı sataraq terrora maliyyə təmini edib.

Gunaz.tv

Əlcəzirə xəbər agentliyi Səudi Ərəbistanın vəliəhdi Məhəmməd İbn Salamanla yeni müsahibəsində Qəzza əhalisnin ağır durumda olduğu halda Ərəbistanın niyə yardım etmədiyini söruşub.

İbn Salman sualın cavabında deyib: “Bu sualı İsmayıl Həniyədən soruşsanız daha yaxşı olardı. O, 2019-cu ildə mənimlə görüş üçün Ər-Riada gəlib dedi ki, Qəzzanın aç və yoxsul əhalisi sizin yardımınıza ehtiyacı var. 

Mən də 10 gün sonra 25 min diri qoyunu Qəzzaya göndərdim. Lakin, təəssüflə sonra mənə bildirdilər ki, Həniyə onların hamısını hindistanlı bir tarcirə 7 milyon dollara satıb.”

Qeyd edək ki, HƏMAS müxtəlif ölkələr tərəfindən Qəzzaya olunan yardımları məbləğə çevirərək öz siyasi  məqsədlərinə xərcləyir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar