SON XƏBƏRLƏR

Qadın jurnalistlər həbs müddətlərini keçirmək üçün çağrılıblar

2023.11.13, 14:28
Qadın jurnalistlər həbs müddətlərini keçirmək üçün çağrılıblar

İranlı jurnalistlər Nəsim Sultanbeygi (Sultanbəyli) və Səidə Şəfii həbs müddətlərini çəkmək üçün Evin Həbsxanasının müvafiq şöbəsinə çağırılıblar.

Gunaz.tv

Jurnalistlərə göndərilmiş bildirişə əsasən onlardan noyabrın 14-ü Qərarların İcrasının I Şöbəsinə təqdim etmələri tələb olunub.

Onlar ötən il hakimiyyətə qarşı başlanmış hərəkat zamanı saxlanılaraq “sistemə qarşı toplaşma və əlbir olma” ittihamı ilə hərəsi 3 il altı ay və “sistem əleyhinə təbliğat fəaliyyəti” ittihamı üzrə 8 ayadək həbsə məhkum olunublar.

Həmçinin olnların ölkədən çıxma və qruplara üzv olmalarına 2 ilədək qadağa qoyulub.

Qadın jurnalistlərə təzyiqin davamında ətraf mühit sahəsində jurnalist Zeynəb Rəhimiyə ittihamlar izah olunaraq açılmış iş barədə yekun qərarın çıxarılmasına qədər iltizam qarşılığında sərbəst buraxılıb. 

Rəhimi, Mədəniyyət və Media Prokurorluğu tərəfindən “yalan məlumat yaymaqla ümumi əxlaqa xələl gətirməkdə” ittiham olunduğunu bildirib.

Habelə tərcüməçi və jurnalist Mənijə Müəzzin təlükəsizlik qüvvələri tərəfindən noybarın 8-də saxlanılmasına baxmayaraq hələ də nədə ittiham olunduğu barədə məlumat verilməyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar