SON XƏBƏRLƏR

Kreml Paşinyanın KTMT sammitinə qatılmaqdan imtina etməsinə münasibət bildirib

2023.11.14, 13:29
Kreml Paşinyanın KTMT sammitinə qatılmaqdan imtina etməsinə münasibət bildirib

Kreml Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə münasibət bildirib.

Gunaz.tv

 Kremlin sözçüsü Dmitri Peskov Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə təəssüfləndiklərini söyləyib.

"Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir", - deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyini söyləyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar