SON XƏBƏRLƏR

Yeni kəşf olunmuş sənədlərə əsasən İran HƏMAS-a təlim keçirirmiş

2023.11.15, 12:43
Yeni kəşf olunmuş sənədlərə əsasən İran HƏMAS-a təlim keçirirmiş

“Bilgisayarda kəşf olumuş sənədlərə əsasən İran HƏMAS qüvvələrinə silah istehsalı üçün  təlim keçirirmiş.”- CNN xəbər agentliyi bildirib.

Gunaz.tv

Agentliyin 15 oktyabr xəbərinə istinadən həmin bilgisayar Qəzzadan kənarda HƏMAS qüvvələrinə məxsus avtomobildə ələ keçirilib. Təftişlə məlum olub ki, qüvvərlərin komandiri silah istehsalı üçün təlim keçirilmək istiqamətində İran rəsmiləri ilə yazışıb.

“Sənəddə müşahidə olunur ki, İran HƏMAS-a ehtiyac olan silahları qrupun özü istehsal edə bilsin deyə, İsrailə oktyabrın 7-i həmləsinə bir neçə ay qalmış onlara texniki təlimlər keçib.”-deyə İsrail və Amerika rəsmiləri bildiriblər.

Digər bir israil rəsmisi sənəd barədə deyib: “Bu sənəd İran rejimi tərəfindən dünya üzrə, xüsusilə də Qəzza zolağında proksi qüvvələrini dəstəkləməsi, maliyyə təmini və hərbi təlimləri barədə krassvordun digər bir tapılmış hissəsidir.”

Məlumata səsasən sənəd cari ilin avqust ayında İran rəsmilərinə yazılmış məktubdur. Məktubda HƏMAS-ın 7 üzvünün İranın dövlət universitetlərində mühəndislik, fizika və texnologiya ixtisasları üzrə Tehranın xərci hesabına təhsil almaları istənilib. 

“İran əvvəllər də universitet təhsili planları adı ilə partlayıcı maddələr mühəndisliyi sahəsində HƏMAS-ın döyüşçülərinə təlim keçirib.”-diyə İsrail rəsmisi CNN-ə bildirib.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar