SON XƏBƏRLƏR

Kanadalı partiya lideri İran rejiminin məmurlarının qovulmasını istədi

2023.11.15, 12:56
Kanadalı partiya lideri İran rejiminin məmurlarının qovulmasını istədi

İran məmurlarının Kanadadakı təsir səviyyəsi ilə bağlı dərc olunan xəbərlər dəhşətlidir.

Gunaz.tv

Bunu Kanada Mühafizəkarlar Partiyasının lideri, ölkə müxalifətinin ən güclü siması Pyer Palio deyib.

O, İran məmurlarının ölkədən çıxarılmasını tələb edib:

“İran rejiminin quldurlarının Kanadada olması və terror fəaliyyətləri ilə əlaqələri dəhşətlidir. Həmin şəxslər bu ölkədə Kanada yəhudilərini və iranlı müxalifləri hədələyir. Oğurladıqları pulları xərcləyir və təqib olunmadan fəaliyyətlərini davam etdirirlər”, - Palio bildirib.

Qeyd edək ki, bir müddət əvvəl bəzi nəşrlərdə İran hakimiyyətinə bağlı şəxslərin Kanadada geniş şəbəkəyə malik olduqları və rejimə müxalifləri təhdid etdikləri barədə məlumatlar yayılıb.

Kanadadakı vəkillərin araşdırmalarının nəticələrinə görə, ölkədə Tehran rejimi və SEPAH-a bağlı 700 nəfərin kimliyi müəyyən edilib. Onlar Kanadada daimi, müvəqqəti oturumla yaşayır, bəziləri isə vətəndaşlıq alıblar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar