SON XƏBƏRLƏR

İran HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edib

2023.11.16, 10:53
İran HƏMAS-dan müharibə çağırışlarını dayandırmağı tələb edib

Noyabrın əvvələrində Tehranda İsmayıl Haniyə və Əli Xamneyi arasında keçirilən görüşdə Əli Xaməneyi HƏMAS-ın İran və Livan Hizbullahına müharibə çağırışlarını dayandırmağı tələb edib.

Gunaz.tv

Bu barədə “Reuters” adlarının çəkilməsini istəməyən üç İran rəsmisinə istinadən xəbər verib.

Bildirilib ki, Əli Xamneyi HƏMAS liderləri ilə görüşü zamanı onlara Tehranın İsraillə müharibə etməyəcəyini deyib.

Adının açıqlanmasını istəməyən yüksək səviyyəli İran və HƏMAS rəsmiləri də "Reuters" agentliyinə bildiriblər ki, Xamneyi İranın HƏMAS-a siyasi və mənəvi dəstəyinin davam edəcəyi ilə bağlı söz verib, ancaq münaqişəyə birbaşa müdaxilə etməyəcəyini vurğulayıb.

Həmçinin, HƏMAS rəsmisi "Reuters" agentliyinə bildirib ki, həmin görüş zamanı Xaməneyi Haniyəyə Fələstin ərazilərində Livan İslam Respublikası və Hizbullahın bu müharibəyə müdaxiləsinə çağıran səsləri susdurması üçün təzyiq edib.

Bununla yanaşı, bildirilir ki, İran prezidenti İbrahim Rəisi də, HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşdə hərəkat nümayəndələrindən Tehrana və Livanın Hizbullah partiyasına ünvanlanan İsraillə münaqişəyə girmək üçün ictimai çağırışları dayandırmağı tələb edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar