SON XƏBƏRLƏR

Polis İrana bağlı islami mərkəzdə axtarış edib

2023.11.16, 12:56
Polis İrana bağlı islami mərkəzdə axtarış edib

Almaniya polisi Hamburq şəhəri İslami Mərkəzi və sair ofislərində axtarış əməliyyatı keçirib.

Gunaz.tv

Almaniya Daxili İşlər Nazirliyinin əməkdaşları bu gün noyabrın 16-ı Hamburq şəhəri İslami Mərkəzinə və mərkəzə bağlı onlarla ofisinə girərək axtarış əməliyyatı keçirib.

Əməliyyatdan məqsəd İran hakimiyyətinə tabe islamçıların aktiv olduğu Mərkəzin fəaliyyətinə qadağa qoyulması üçün sübut sənədlərinin axtarışı olub.

Şpigel dərgisini xəbərinə istinadən polis bu gün səhər tezdən əməliyyata başlayıb və məmurlar ölkənin 7 əyalətinin 54 binasında axtarış edib.  

Almaniyanın Konstitusiyanı Qoruma Bürosunun bir müddət əvvəl bildirməsinə istinadən İslami Mərkəz “İranın Avropada ən önəmli təbliğat mərkəzi” və “İran İslam Respublikasının yumruğu” olub.

HƏMAS-ın İsrailə terrorist həmləsindən sonra Almaniya Federativ Respublikasının mərkəzi parlamenti Bundestaq mütləq səs çoxluğu ilə dövlətdən “Hamburq şəhəri İslami Mərkəzinin bağlanmasına” hərəkətə keçməsini tələb etmişdir.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar