SON XƏBƏRLƏR

Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub

2023.11.16, 13:00
Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub

Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avihay Edri bildirib.

Gunaz.tv

Onun sözlərinə görə, Bakı vaxtı ilə 12:00-dan 16:00-a kimi İsrail ordusunun Qəzza şəhərində döyüş əməliyyatlarının növbəti dəfə dayandırılması elan edilib.

İDF rəsmisi onu da əlavə edib ki, Tel əl-Hava, Əl-Səbra, Əl-Zeytun əl-Qarbi və Cəbəliyə (həmçinin Qəzza şəhərinin bir hissəsi) bölgələrindəki sakinlərin təxliyəsi üçün humanitar dəhliz yenidən Bakı vaxtı ilə saat 18:00-a qədər fəaliyyət göstərəcək.

Təxliyə marşrutu Salah ed-Din yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar