SON XƏBƏRLƏR

HAMAS-ın girov götürdüyü şəxsin meyiti tapılıb

2023.11.17, 12:04
HAMAS-ın girov götürdüyü şəxsin meyiti tapılıb

Oktyabrın 7-də İsrailin cənubuna hücumu zamanı HAMAS-ın girov götürdüyü şəxslərdən birinin cəsədi tapılıb. "İ24News" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Gunaz.tv

Bildirilib ki, HAMAS-ın qaçırdığı 64 yaşlı Yehudit Veissin cəsədi İsrail ordusu tərəfindən Əl-Şifa xəstəxanasına bitişik binadan aşkarlanıb. Onun meyiti artıq İsrailə aparılıb.

Yehudit Veiss xərçəng xəstəsi olub. İsrail mətbuatı bildirir ki, HAMAS 7 oktyabr hücumunda onun həyat yoldaşını qətlə yetirmiş, özünü isə girov götürmüşdü.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar