SON XƏBƏRLƏR

Vaşinqton Netanyahunun mövqeyini dəstəkləmir

2023.11.17, 12:18
Vaşinqton Netanyahunun mövqeyini dəstəkləmir

ABŞ İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, İsrailin Qəzza bölgəsini təkrarən zəbt etməsi mümkün deyil.

Gunaz.tv

ABŞ-nin Dövlət katibi Antoni Blinken “ABC” telekanalına müsahibəsində belə deyib.

“Biz açıq şəkildə bildirdik ki, Qəzzanın İsrail tərəfindən yenidən işğalı mümkün deyil və Qəzza bundan sonra da terror hücumları üçün platforma kimi istifadə edilə bilməz.

Qəzza Fələstinin idarəçiliyi altında olmalıdır” , - Blinken ABŞ-nin öz mövqeyini Netanyahuya çatdırdığını təsdiqləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Netanyahu İsrailin qeyri-müəyyən vaxt ərzində Qəzzada təhlükəsiliyə görə məsuliyyəti öz üzərinə götürəcəyini açıqlamışdı.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar