SON XƏBƏRLƏR

İsrail və HAMAS arasında 4 günülük humanitar atəşkəs razılığı əldə olunub

2023.11.22, 10:20
İsrail və HAMAS arasında 4 günülük humanitar atəşkəs razılığı əldə olunub

HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib. Bu barədə HAMAS-ın teleqram sıhifəsində məlumat yayılıb.

Gunaz.tv

Qeyd olunub ki, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və yaşı 19-dan az olan  50 israillini azad edəcək.

Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu, qüvvədə olacaq.

İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar