SON XƏBƏRLƏR

İrandan Agentiyin sorğularına cavab verilməsi tələb olunub

2023.11.24, 13:06
İrandan Agentiyin sorğularına cavab verilməsi tələb olunub

4 ölkə İrandan Atom Enerjisi üzrə Beynəlxalq Agentiyin sorğularına cavab verilməsini tələb edib.

Gunaz.tv

ABŞ, Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentiyin Direktorlar Şurasının iclasında ortaq bəyanat hazırlayıblar.  

Bəyanatda nüvə fəaliyyəti barədə Agentliyin İran tərəfindən indiyədək cavablandırılmayan sorğularına cavab verilməsinin vacibliyi qeyd olunub. 

“Tehran məqsədlərinə çatmaq üçün vaxt qazanmaq istəyir və  Agnetliyin fəaliyyətlərini qəsdən pozur”- bəyanatda deyilib.

“İranın  Agentliklə yaxşı əməkdaşlıq edilmədiyi barədə Direktorlar Şurasının öncəki qətnaməsındən isə 1 il ötür. Lakin Tehran hələ də öz öhdəliklərinə etinasız yanaşır. 

İran bu hərəkətləri ilə öhdəliklərini pozmaqla yanaşı, Nüvə Silahlarının Yayılmaması Konvensiyası üzrə ölkələr strukturunu da zəyiflədir. 

Tehran nəzarət cihazlarının quraşdırılması və kameraların çəkdiyi məlumatların yubatmadan əldə oluna bilməsi barədə Agentliyin tələblərini dərhal həyata keçirməlidir”-deyə İrana qarşı bəyanatda vurğulanıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar