SON XƏBƏRLƏR

Borrell İsraili tənqid edib

2023.11.27, 11:24
Borrell İsraili tənqid edib

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İsraili işğal olunmuş ərazilərdə yeni yaşayış məntəqələri salmasına görə tənqid edib.

Gunaz.tv

Bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında paylaşım edib.

"Müharibənin ortasında İsrailin daha çox qeyri-qanuni qəsəbələr tikmək üçün yeni vəsait ayırdığını öyrənmək məni dəhşətə gətirir.

Bunun özünümüdafiə ilə heç bir əlaqəsi yoxdur və bu, İsraili daha təhlükəsiz etməyəcək.

Yaşayış məntəqələrinin salınması beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır və İsrailin ən böyük təhlükəsizlik öhdəliyidir", - Borrell paylaşımında bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar