SON XƏBƏRLƏR

Amerikanın döyüş gəmisi Husilərin həmlə etdiyi tankeri qurtarıb

2023.11.27, 11:38
Amerikanın döyüş gəmisi Husilərin həmlə etdiyi tankeri qurtarıb

Amerikanın döyüş gəmisi Husilərin həmlə etdiyi israilli tacirə məxsus tankeri zəbt olunmaqdan qurtarıb.

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlıq Qərargahının bəyanatına əsasən, Amerikanın Meyson adlı döyüş gəmisi yaxınlaşmaqla “tankerdən 5 silahlı çıxaraq kiçik qayıq vasitəsi ilə uzaqlaşmağa cəhd ediblər. 

Gəmi onların dalınca düşərək silahlıları təslim olmağa məcbur edib”.

Bəyanatda həmçinin bildirilib: “Husilərin Meyson gəmisinə sarı atəş etdikləri 2 ballistik raket gəmidən 10 mil məsafədə suya çarpıb.”

USS Meyson gəmisi ABŞ--nin Ayzenhaver qırıcıdaşıyıcısının tərkibində olan döyüş gəmiləri qrupundan biridir. Məlumata əsasən, gəmi və “Sentral Park” tankeri hadisə zamanı  xəsarət almayıb. 

Bəyanatda “bölgə və beynəlxalq sularda gəmiçilik sərbəstliyinin qorunması məqsədi ilə” Ayzenhaver qırıcıdaşıyıcı gəmisinin Hormuz Boğazından keçərək Korfəzə daxil olduğu bildirilib.  

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar