SON XƏBƏRLƏR

Stoltenberq HƏMAS və İsrail arasında müvəqqəti atəşkəslə bağlı razılaşmanın uzadılmasına çağırış edib

2023.11.27, 15:18
Stoltenberq HƏMAS və İsrail arasında müvəqqəti atəşkəslə bağlı razılaşmanın uzadılmasına çağırış edib

NATO Baş katibi Yens Stoltenberq HƏMAS və İsrail arasında müvəqqəti atəşkəslə bağlı razılaşmanın uzadılmasına çağırış edib.

Gunaz.tv

Bunu NATO Baş katibi Yens Stoltenberq bloka üzv ölkələrin XİN rəhbərlərinin iclasından əvvəl mətbuat brifinqində deyib.

"Biz son on illiklərdə ən təhlükəli dünya ilə üz-üzəyik, artan qlobal rəqabət, Ukraynada və Yaxın Şərqdə müharibə ilə üzləşirik".

NATO Baş katibi HƏMAS və İsrail arasında girovların azad olunmasına və daha çox humanitar yardımın çatdırılmasına gətirib çıxaran razılaşmanı alqışladığını bildirib.

"Mən bu müvəqqəti atəşkəsin uzadılması ilə bağlı çağırış edirəm, bu, daha çox girovların azad edilməsini və Qəzzadakı insanların ehtiyacı olduğu yardımı təmin edəcək.

Bizim şahid olduğumuz bu əzablar bir daha sübut edir ki, dayanıqlı siyasi həllə ehtiyac var", - Stoltenberq vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar