İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və onun bərpası mümkün deyil. Artıq bütün böyük dövlətlərin liderləri də şərti olaraq “Yalta-Potsdam dünya nizamı” adlandırılan düzənin dağıldığını etiraf edirlər.
Dünyamızın münasibətlər sistemi isə elə formalaşıb ki, bir düzən dağılan kimi yeni nizamın formalaşması başlayır. Yeni dünya düzəni isə bir qayda olaraq böyük dövlətlərin iştirak etdiyi müharibələrdən sonra, savaşın nəticələrinə uyğun formalaşmağa başlayır.
Yeni dünya düzənin qaçınılmaz bir proses olacağı aydın olsa da, yeni nizamın necə olacağı ilə bağlı bir-birinin tam əksinə iddialar var. ABŞ prezidenti Cozef Bayden Vaşinqtonun yeni dünya düzəninə liderlik etmək iddiasında olduğunu bəyan edib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin iddiası isə belədir ki, yeni dünya düzənində Amerikanın artıq heç bir rolu olmayacaq. Ayətullah Əli Xameneinin bu mövqeyi heç şübhəsiz ki, sağlam təhlilə və məntiqə əsaslanmır. Ən böyük siyasi, iqtisadi və hərbi gücə malik bir dövlətin yeni dünya düzənində heç bir rolunun olmayacağı haqqında iddia sağlam ağılın məhsulu hesab edilə bilməz.
İkinci Dünya Müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”nda Moskva iki əsas güc mərkəzindən biri idi. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya düzənində Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq Rusiyanın təsirinin azalması qaçılmazdır. Əslində isə, general Çauhanın təsvir etdiyi vəziyyətin gerçəkləşməsi prosesinin şahidi və müəyyən mənada da iştirakçısıyıq. Rusiyanın təsiri sürətlə azalır. Postsovet məkanın bütün çoğraiyasında, Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsir gücü 24 fevral 2022-ci ildən öncəki vəziyyətlə müqayisədə ciddi şəkildə azalıb. Rusiya hələlik bu çoğrafiyanın ən böyük dövləti olaraq qalsa da, artıq bölgənin hakimi deyil.
Rusiyanın mövqelərinin zəifləməsi, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiyada təsirinin azalması İranın mövqelərinin də zəifləməsinə səbəb olmağa başlayıb.
Moskvanın itirdiyi mövqeyini Pekinin tutacağı, Rusiya, İran və Şimali Koreyanın yer aldığı “Şər oxu”na Çinin liderlik edərək yeni dünya düzənində güc mərkəzlərindən biri olacağı haqqında fikirlərin müəyyən əsası olsa da, belə bir prespektivi istisna edən çox ciddi amillər var. Çin özü də belə bir güc mərkəzi yaratmaq istəmədiyini artıq bəyan edib. Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşdə Çin dövlət başçısı Si Cinpin ABŞ-yə qarşı avtoritarların alyansını, yuxarıda bəhs edilən “Şər oxu”nu yaratmayacağı ilə bağlı vəd verdi. “Şər oxu” yaratmayacağı vəd ilə yanaşı Si Cinpin Çinin ABŞ-nin dostu və tərəfdaşı olmağa hazır olduğunu bəyan etməsi tamamilə yeni geosiyasi vəziyyət yaradır. Bu o deməkdir ki, İranın qurtuluş kimi gördüyü “Şər oxu”nun formalaşma ehtimalı minimuma yaxındır.
Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluqlara məruz qalan Rusiyanın isə İranın yeganə sığınacaq kimi gördüyü “Şər oxu”nu yaratmağa imkanı yoxdur. “Şər oxu” olmadan isə İran üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında deyil. İmperiya və böyük dövlətləri tarix səhnəsindən silən ən ciddi amil üzləşdikləri çağrış və təhlükələrə cavab vermək imkanında olmamasıdır. Sovet İttifaqının taleyi buna ən bariz nümunədir. İrandan dəfələrlə güclü və böyük olan Sovet İttifaqı xarici hərbi müdaxilə ilə deyil, üzləşdiyi çağrış və təhlükələrə cavab vermək imkanında olmadığına görə dağıldı.
Böyük Məhəmməd Əmin Rəsulzadənin bir əsr öncə irəli sürdüyü “İnsanlara hürriyyət, millətlərə istiqlal” tezisi bu gün dünyanı hərəkətə gətirən əsas ideyaya çevrilib. Əsarət altında olan xalqların istiqlaliyyət uğrunda mübarizəsi iki il öncə ilə münasibətdə beynəlxalq münasibətlərdə indi daha çox dəstək qazanmağa başlayır.
“Post-Rusiya Azad Xalqlarının Forumu”nun ligitimləşərək Moskvanın əsarətində olan xalqları təmsil edən platforma kimi tanınması, Beynəlxalq Uyğur Forumunun güclənməsi millətlərin istiqlal mübarizəsinin iki il öncə ilə müqayisə edilməz dərəcədə dəstək qazandığını göstərir.
Nobel Sülh Mükafatının İranda qadın hüquqları uğrunda mübariz, əslən Güney Azərbaycandan olan Nərgiz Məhəməddiyə, Avropa İttifaqının insan hüquqları sahəsində ən yüksək mükafatı olan Andrey Saxarov adına“Düşüncə Azadlığı” Mükafatının da İranda şəriət qaydalarının qurbanı olan Məhsa Əminiyə verilməsi təsadüfi deyil. Bu iki hadisə göstərir ki, İrana yönəlik siaysətdə insanları hürriyyətə qovuşduracaq universal insan hüquqlarına daha çox önəm veriləcək.
Buna görə də müasir dövrdə “Şər oxu”nun liderliyi ilə dünya düzəni yarana bilməz. Yaransa belə, belə dünya nizamının həyati qabliyyətli ola bilməz. Dünya nizamının totalitarizm və təcavüz üzərində qurulduğu dövr keçmişdə qalıb və geri qayıda bilməz. ABŞ prezidenti Cozef Baydenin qeyd etdiyi kimi, yeni dünya nizamı milli dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır.
“Yalta-Potsdam dünya nizamı” əsasən Avrasiyaya aid idi. Həmin düzənin dağılması isə Avrasiyadakı siyasi münasibətlər sistemini və geosiyasi konfiqurasiyanı dağıdacaq. Bu proses Avrasiyadakı bütün ölkələrə təsir edəcək proses olsa da, əsas təsiri Rusiya və İranda müşahidə ediləcək. “Yalta-Potsdam dünya nizamı”nın dağılması əslində Rusiya və İranın dağılmasını ehtiva edir.
Bütün bunlar əsas verir deyək ki, universal insan hüquqları əsasında formalaşacaq yeni dünya düzənini İranda xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınacağı bir dünya olacaq. Çünki İran milli dövlət olmadığı kimi, insan haqq və hüquqlarını ən sərt şəkildə məhdudlaşdıran ölkədir. Universal insan hüquqlarının hakim olacağı dünyada isə İran kimi çoxmillətli ölkə totalitar rejimlə davam edə bilməz. Digər tərəfdən İran kimi totalitar rejimlər əsasən dünyadakı mövqeyini və təsir dairəsini itirdikdə dağılmağa başladığı da tarixdən məlumdur.
İsrailin HƏMAS-ın terror hücumuna qarşı başlatdığı antiteror əməliyyatı həm də İranın on illiklər ərzində on milyardlarla dollara sərf edib hazırladığı və Tehranın təsir dairəsini yaymağa xidmət edən proksi qüvvələrə yönəlib. Həmin proksi qüvvələrin məğlubiyyəti İranın Yaxın Şərqdəki təsir dairəsinin kəskin azalmasına səbəb olacaq. Çünki, bu qüvvələr teokratik rejimin bir hissəsinə çevrilib və onların uğuru Tehran rejiminin qələbəsi hesab olunur. Bu qüvvələrin məğlubiyyəti və təsir imkanlarının azaldılması İranın məğlubiyyəti olacaqdır. HƏMAS-ın strukturunun dağıdılması, Hizbullahın İsraillə müharibədən yayınmağa çalışaraq öz qınına çəkilməsi Tehranın məğlubiyyətidir. Daha geniş mənada isə bu hadisə İranın öz təsir dairəsini yaratmaq üçün uzun illər ərzində on milyardlarla dollar xərcləyib müəyyən uğurlar qazandığı siyasətin iflasıdır. Yaxın Şərqi təsir altında saxlamağa yönəlmiş bu siyasətin iflası teokratik rejimin ligitimliyini tamamilə itirməsinə səbəb olacaqdır. Bundan sonra İranda mərkəzdənqaçma prosesi tarixin dialektik inkişaf qanuna uyğun olaraq həlledici mərhələyə daxil olacaq.
Güney Azərbaycan istiqlaliyyətini qazanmadan yeni dünya düzəninin formalaşması başa çata bilməz. Yeni dünya düzəninin formalaşması prosesi yalnız Güney Azərbaycan istiqlaliyyətini qazandıqdan sonra başa çatacaq. Bu isə o deməkdir ki, Güney Azərbaycanın istiqlaliyyəti tarixin dialektik inkişaf qanunın diqtəsi olaraq tarixi zərurətə çevrilib.
Xaqani Cəfərli
Politoloq
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu