SON XƏBƏRLƏR

“İranla Rusiyanın hərbi əməkdaşlığı qonşularına ziyanvericidir”- ABŞ

2023.11.29, 16:08
“İranla Rusiyanın hərbi əməkdaşlığı qonşularına ziyanvericidir”- ABŞ

ABŞ Rusiya tərəfindən İrana qabaqcıl hərbi təchizatın veriləcəyinin qətiləşməsi xəbərinə əsasən belə bir əməkdaşlığın İranın qonşularına ziyanverici olduğunu deyib.

Gunaz.tv

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu barədə deyib: “ABŞ dəfələrlə Rusiya ilə İran arasında artan hərbi əməkdaşlıq barədə həmişə xəbərdarlıq edib. 

Bugünkü xəbərlər Rusiyanın İranın silahlı qüvvələrinin birbaşa gecləndirilməsi istiqamətdə hərəkət etdiyinə dəlalət edir. 

Belə bir hərtərəfli hərbi əməkdaşlıq İranın qonşularına ziyanvericidir. Həmçinin İranın bütün bölgədə sabitliyi pozma fəaliyyətlərini daha da artıracaq.”

Yakovlev_Yak-_130_%28modify%29.jpg

“Biz düşmənçilik mövqeyində olaraq bölgədə sabitliyi pozmaq istəyən, həmçinin HƏMAS-İsrail müharibəsindən öz mqəsədləri üçün istifadə etmək istəyən hər hansı oyunçulara aydın bir mesaj göndəririk: bu işi görməyin.”-deyə Con Kirbi Amerikanın Səsi xəbər agentliyinə bildirib. 
Updf Acquires New Gen “Havoc” Mil Mi-28 Helicopter – The Aviator Africa

Xatırladaq ki, İranın müdafiə nazirinin canişini Seyid Mehdi Fərəhi noyabrın 28-i İrana Suxoy Su-35 qırıcıları, Mil Mi-28 helikopetrləri, həmçinin Yakovlev Yak-130 təlim təyyarələrinin qəti idxal olunacağı barədə məlumat verib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar