SON XƏBƏRLƏR

İran hökuməti bəluçların Zahidanda evlərini dağıdıb

2023.11.30, 13:13
İran hökuməti bəluçların Zahidanda evlərini dağıdıb

Bu barədə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan Əyalətinin xəbərlərini yayan “Halvş” internet səhifəsi bildirib.

Gunaz.tv

Saytın bildirməsinə istinadən hakimiyyətin hərbi qüvvələri və bələdiyyənin məmurları əvvəlcə Zahidan şəhəri Şirabad rayonunun işığını kəsərək yükləyici ekskavatorla vətəndaşların xeyli sayda mənzilərini yıxmağa başlayıblar.

Olaydan sonra Şirabad bölgəsində dövlət qurumları tərəfindən güclü təhlükəsizlik tədbirləri görülüb.

Bu barədə ayrıntılı məlumat verilməyib. Lakin 1 ay öncə hakimiyyət tərəfindən Şirabadda bir neçə məktəb bağlanılıb. Bəluç aktvistlər buna səbəb kimi məktəbin sünni  ruhanilərin tərəfindən idarə olunduğu bildiririblər. 

Bağlatdırılmış məktəblərdən biri olan “Səadət Nidası” ibtidai mətktəbində 400 yoxsul şagird təhsil alırmış. Həmçinin məktəbin müdiriyyətinin “işlə məşğulluqlarına” qadağa qoyulub.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar