SON XƏBƏRLƏR

İranda daha 14 məhkum edam edildi

2023.11.30, 13:53
İranda daha 14 məhkum edam edildi

Son iki gün ərzində İran həbsxanalarında 14 məhkumun edam hökmü icra edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Kərəc, Xurrəmabad, Kaşan, Rəşt və Zahidan şəhərlərində edam edilənlərin 13-ü narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıb.

Rəşt şəhərinin Lakan həbsxanasında edam edilən 62 yaşlı Gedaəli Sabiri isə siyasi məhbus olub.

O, 2020-ci ildə hökumət məmurunu öldürmə ittihamı ilə saxlanılsa da, məhkəmədə ittihamı qəbul etməyib və siyasi baxışlarına görə şərlənərək cəzalandırıldığını bildirib.

İnsan haqları təşkilatlarının yaydığı hesabatlara görə, 2023-cü ilin aprel ayından oktyabrın sonuna kimi İranda ən azı 419 nəfər edam edilib və bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% artımdır. 

Hesabatın yayılmasından bu günə kimi təxminən daha 50 məhkumun edam hökmü həyata keçirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar