SON XƏBƏRLƏR

“İranın nüvə proqramının vəziyyəti qeyri-müəyyəndir”- AEBA

2023.11.30, 15:18
“İranın nüvə proqramının vəziyyəti qeyri-müəyyəndir”- AEBA

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrosi İranla danışıqlar sisteminin dəyişilməsi vacibliyini vurğulayıb.

Gunaz.tv

Baş direktor noyabrın 30-u Finansial Taymz (Financial Times) qəzeti ilə müsahibəsində dünya güclərini İranın “zənginləşdirilmiş və artan uran ehtiyatından nəticələnə biləcək təhlükələri” unutmamağa çağırıb. 

“İranın nüvə proqramının vəziyyəti həqiqətən qeyri-müəyyəndir.  Danışıqların yeni bir çərcivədə aparılması lazım ola bilər. İranla problem Nüvə Sazişinin bərpası ilə həll olunmayacaq.

Yenidən başqa formatda anlaşma olmalıdır. 

Diqqətlər HƏMAS-İsrail müharibəsinə çəkilib. Lakin dünya gücləri İranın zənginləşdirilmiş və artan uran ehtiyatından güman olan təhlükələri unutmamalıdır”- deyə Qrosi bildirib.

Xatırladaq ki, Frans-Press xəbər agentliyi bir müddət əvvəl bildirmişdi ki, “İran öz nüvə proqramını irəli apardığı və Agenliklə əməkdaşlığını azaltdığı bir halda Qərb ölkələri İrana qarşı sərt tədbirlər görməkdən çəkinirlər.”

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar