SON XƏBƏRLƏR

İranda edamlarla bağlı hesabat yayıldı

2023.12.02, 12:46
İranda edamlarla bağlı hesabat yayıldı

İran İnsan Haqları Təşkilatlarının yaydığı son hesabata görə, 2023-cü ilin 11 ayı ərzində İranın müxtəlif şəhərlərində 707 məhkum edam edilib və bu son 8 il ərzində ən çox edam sayı kimi qeydə alınıb.

Gunaz.tv

Hesabatda bildirilib ki, İsrai-HƏMAS arasında müharibə başlayandan sonra İranda ictimai fikrin və medianın bu məsələyə yönlənməsindən istifadə edərək edam saylarının artırıb.

" Son 54 gün ərzində 176 məhbusun edam hökmü həyata keçirilib,- hesabatda qeyd edilib.

Edamlarla bağlı bağlı Avropa Birliyi bəyanat yayıb və İran hökumətinin əməlini dəhşətli və qeyri-insani adlandıraraq. bu ölkədən edamları dayandırmaı tələb edib.

AB-nin bəyanatında etiraz aksiyalarına qoşulduqları üçün son günlər edam edilənlərin bir neçəsinin adları çəkilib və Tehran hakimiyyətinin son 3 həftə ərzində 11 siyasi məhkumu dar ağacından asdığı bildirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar