SON XƏBƏRLƏR

“İranın onlarla yüksək vəzifəlisinin ölkəyə girişinin qarşısını almışıq” - Sərhəd Xidməti 

2023.12.04, 13:51
“İranın onlarla yüksək vəzifəlisinin ölkəyə girişinin qarşısını almışıq” - Sərhəd Xidməti 

Kanadanın Sərhəd Xidməti Agentliyi illik hesabatını yayaraq İranın onlarla yüksək vəzifəlisinin ölkəyə girişinin qarşısını aldığını bildirib.

Gunaz.tv

Sərhəd Xidmətinin bəyanatına istinadən, həmçinin Kanada vizasını almağa 17 min 800 nəfər iranlı ərizə ilə müraciət edib. 

Sıralarında İranın yüksək vəzifəliləri də olmaqla, 78 nəfərin ölkəyə girişinə icazə verilməyib. 

Agentlik habelə İran hakimiyyəti ilə əlaqələri olduğu güman edilən Kanadada oturum hüququ olan 141 nəfər barəsində işin araşdırımasını bildirib.

Agentlyin məlumatına istinadən, onlardan 10 nəfəri İran hakimiyyəti ilə əlaqələri olduğundan Kandada qalma və oturuma gərəkən şərtlərə malik deyillər.

1 nəfər isə hal-hazırda Kanadada deyil. Qalan 9 nəfərin işi ölkənin Mühacirlər və Sığınacaq Komissiyasına göndərilib.

Qeyd edək ki, Kanadanın baş naziri Jastin Trüdo bir il öncə müxtəlif tarixlərdə 10 min nəfər SEPAH üzvünün və İranın yükəsk vəzifəlilərinin Sərhəd Xidməti Agenliyi tərəfindən Kandaya girşlərinin qarşısı alındığını bildirmişdir.

İranlı müahcirlər və Kanadanın Mühafizəkar Partiyası Kanada dövlətindən SEPAH-ın terorist təşkilaltlar sihaısına salınmasını tələb edir. Lakin Trüdo hələ bu tələblə razılaşmaqdan çəkinir. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar