SON XƏBƏRLƏR

Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır

2023.12.07, 14:43
Şuşada keçmiş erməni postu ərazisində mina partlayıb, xəsarət alan var, araşdırma aparılır

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Gunaz.tv

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb.

O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Hazırda faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar