SON XƏBƏRLƏR

Bu gün Brüsseldə Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin XİN başçılarının iclası olacaq

2023.12.11, 11:19
Bu gün  Brüsseldə Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin XİN başçılarının iclası olacaq

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Gunaz.tv

Aİ-nin xarici işlər nazirlərinin 6 “Şərq Tərəfdaşlığı” ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.

Yerli vaxtla 18:00-da başlaması planlaşdırılan iclasda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

Aİ Şurasının məlumatına görə iclasda nazirlər “Şərq Tərəfdaşlığı”, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə edəcəklər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar