SON XƏBƏRLƏR

Papuaşvili Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçiliyini müzakirə edəcək

2023.12.11, 11:53
Papuaşvili Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçiliyini müzakirə edəcək

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Azərbaycana səfəri çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycan arasındakı vasitəçiliyi müzakirə olunacaq.

Gunaz.tv

Bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib. O, Gürcüstan Baş nazirinin sülh təşəbbüsü olduğunu və Tbilisinin bu istiqamətdə uğurla irəlilədiyini qeyd edib.

“Gürcüstanın vasitəçiliyi çox vacibdir və düşünürəm ki, bu və digər məsələlər müzakirə ediləcək”, - səfir deyib.

Diplomat Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Baş nazirlərinin üçtərəfli görüşü olduğunu xatırladıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar