SON XƏBƏRLƏR

3 məhbus edam olunmaq üçün birnəfərlik kameralara köçürülüblər

2023.12.11, 12:48
3 məhbus edam olunmaq üçün birnəfərlik kameralara köçürülüblər

Narkotik maddələr ittihamı ilə edama məhkum olunmuş 3 məhbus Kərəc şəhəri Mərkəzi Həbsxanasının birnəfərlik kamerlarına köçürülüblər.

Gunaz.tv

HRANA insan haqları üzrə xəbər agentliyinin bildirməsinə istinadən onlar dekabrın 10-u kamerlara köçürülməklə edam olunacaqları gözlənilir. 

Onların kimlikləri barədə hələ məlumat yoxdur.

Agentlik məlumat yayıb ki, ötən ilin dekabr ayından cari ilin dekabrınadək azı 659 nəfər, o cümlədən 17 qadın və 1 yetkin yaşda olmayan məhbus edam olunublar. 

Statistikaya əsasən, edamlar cari ildə 24 faiz artıb. Həmçinin 7 məhbus cəmiyyətin gözü qarşısında dar ağacından asdırılıb

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar