SON XƏBƏRLƏR

İnsan Haqları Monitorinq Mərkəzi Qırmızı Dənizdə həmlələrə görə Husiləri qınayıb

2023.12.13, 13:54
İnsan Haqları Monitorinq Mərkəzi Qırmızı Dənizdə həmlələrə görə Husiləri qınayıb

İnsan Haqları Monitorinq Mərkəzi dekabrın 13-ü bəyanat yayaraq Qırmızı Dənizdə sərbəst dəniz naviqasiyasını təhlükəyə saldıqlarına görə Husiləri qınayıb.

Gunaz.tv

“Husilərin gəmilərə həmləsi artıb. Sivillərə çəkinmədən və qəsdən həmlə müharibə cinayətləri sırasındadır”- Beyrutda nəşr edilmiş bəyanatda deyilir. 

“Husilər həmlələrdə məqsədin fələstinliləri müdafiə etmək olduğunu deyirlər. Lakin onlar həmlələri ilə əsla hərbi obyetklər hesab olunmayan sivilləri və gəmi heyətini təhlükəyə salırlar. 

Husilərin silahlı qrupları bir müddətdir 4 gəmiyə raket və PUA həmləsi ediblər. Həmçinin digər bir gəminin heyət üzvlərini hələ də girov saxlayırlar”- bəyanatın davamında deyilir.

Bəyanatın o cümlədən məqsədi ötən ay oğurlanmış və hələ də Husilərin nəzarətində olan Qalaksi Lider gəmisidir. 

İnsan Haqları Monitorinq Mərkəzinin Orta Şərq və Afrikanın Şimal Bölgəsi İşləri üzrə müavini Mişl Peyc deyib: 

“Husilər girov götürülmüş və İsrailə qarşı elan etdikləri müharibəyə görə problemə düşmüş sivil heyəti dərhal sərbəst buraxmalıdır.”

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar