SON XƏBƏRLƏR

Polşada raket bazası rəsmən fəaliyyətə başlayıb

2023.12.16, 12:47
Polşada raket bazası rəsmən fəaliyyətə başlayıb

İranın ballistik raket hədələri gümanı ilə ABŞ-nin Polşada raket bazası dekabrın 15-i istismara verilib.

Gunaz.tv

Polşanın şimalında yerləşən Reckovo Hava Qüvvələri Bazası Avropada bu növdən ikinci  bazadır. Birinci baza Rumıniyanın cənubunda yerləşir. 

NATO-nun bildirməsinə istinadən bazada yerləşdirilmiş sistem üzv ölkələri İrandan atəş edilməsi güman olunan qıssamənzilli və ortamənzilli ballistik raketlərə qarşı qoruyacaq. 

ABŞ-nin istehsalı olan Acis (Aegis) Raket Sistemi həmin iki ölkədəki təsisatlarda yerləşdirilib. Məlumata əsasən, Rumıniya və Polşadakı bazalar raketə qarşı müdafiə sistemi şəbəkəsinin bir hissəsidir. 

Sistemin radar mərkəzi Türkiyədə, bir komndanlıq mərkəzi Almaniyada yerləşməklə ABŞ-nin dəniz qüvvərləri gəmiləri şəbəkəsindən ibarətdir. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar