SON XƏBƏRLƏR

İsveçdə iranlı prokuror köməkçisinin ömürlük həbs cəzası təsdiqləndi

2023.12.20, 11:01
İsveçdə iranlı prokuror köməkçisinin ömürlük həbs cəzası təsdiqləndi

İsveçin Apelyasiya Məhkəməsi ilkin məhkəmənin bu iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri barədə çxardığı ömrlük həbs cəzasını qüvvədə saxlayıb.

Gunaz.tv

İsveç polisi keçmiş prokuror köməkçisini 2019-cu ilin noyabrında Arland aeroportunda həbs edib.  Xaricdə yaşayan iranlı müxaliflər onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və alkaqol vəd ediblər.

Nuri 1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam edilməsindəki roluna görə cəzalandırılıb. 

Nurinin ömürlük həbs cəzasının elan edilməsindən sonra 452 iranlı siyasi, ictimai fəal, yazıçı və insan haqları müdafiəçisi bəyanat yayıb.

Onlar bunu ədalətin bərpası və İran hökumətinin məğlubiyyəti kimi qiymətləndiriblər.

Qeyd edək ki, Ruhullah Xomeyninin birbaşa göstərişi ilə bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və “ölüm heyəti” kimi tanınan 7 nəfərdən biri İranın hazırkı prezidenti İbrahim Rəisi olub.  

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar