SON XƏBƏRLƏR

ABŞ İrana görə yeni sanksiyalar tətbiq etdi

2023.12.20, 11:09
ABŞ İrana görə yeni sanksiyalar tətbiq etdi

ABŞ hökuməti İranın pilotsuz təyyarə istehsalı proqramını dəstəkləyən 10 müəssisə və 4 fiziki şəxsə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Barələrində sanksiya tətbiq edilən qurum və şəxslər İran, Malayziya, Honq-Konq və İndoneziyada ərazisindədir.

Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslər arasında “Kavan Elektroniks Behrad” şirkətinin İdarə Heyətinin sədri Hüseyn Hatifi Ərdəkani və Müdafiə Nazirliyinin “Saman” Sənaye Qrupu da var.

ABŞ maliyyə nazirinin müavini Brayan Nelson yeni sanksiya ilə bağlı açıqlama verib: 

"İranın ölümcül pilotsuz uçan aparatları Rusiyaya və Yaxın Şərqdəki terrorçu proksi qruplara verməsi sabitliyi pozur".

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar