SON XƏBƏRLƏR

İran İsraili qısasla hədələdi

2023.12.26, 15:13
İran İsraili qısasla hədələdi

Dekabrın 25-i İsrailin Suriyaya hava hücumu nəticəsində SEPAH generalı Rəzi Musəvinin öldürülməsindən sonra Tehran hakimiyyəti İsraili qısasla hədələyib.

Gunaz.tv

İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayi, bu gün keçirdiyi mətbuat konfransında İsrailə cavab veriləcəyini deyib.

"Sərdar Rəzi Musəvinin terror edilməsinə görə İsrailə daha ağıllı və güclü cavab verəcəyik",- o, təhdid edib.

Rza Təlayi ilə yanaşı, İranın başqa rəsmiləri də İsrailə qarşı oxşar bəyanatlar səsləndiriblər.

İsrail ordusu isə İran təhdidlərinə qarşı tədbirlər gördüyünü bildirib.

"Əl-Ərəbiyyə" telekanalı İsrail mənbəyinə istinadən bildirib ki, İsrail ordusu İranın Suriya və Livandan ehtimal edilən raket hücumlarına görə hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, general Rəzi Musəvi, İranın Suriyada ən təcrübəli və uzun müddət xidmət edən hərbi müşavirlərdən olub.

O, Qasım Süleymaninin yaxın silahdaşlarından biri oldub və Tehranla Dəməşq arasında hərbi koordinasiya məsələlərinə rəhbərlik edib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar