SON XƏBƏRLƏR

İranın BMT-dəki nümayəndəsi İsrailə cavab veriləcəyi ilə təhdid etdi

2023.12.27, 14:29
İranın BMT-dəki nümayəndəsi İsrailə cavab veriləcəyi ilə təhdid etdi

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi və Təhlükəsizlik Şurasının hazırkı sədri Əmir Səid İrəvani Antonio Quterreşə müraciət edib.

Gunaz.tv

İrəvani  BMT-nin Baş katibindən SEPAH generalı Rza Musəvinin öldürülməsinə görə İsraili mühakimə etməsini istəyib.

O, bununla yanaşı, İsrailə cavab veriləcəyi ilə bağlı təhdid bəyanatı səsləndirib:

“İran uyğun zamanda İsrailin hərəkətinə həlledici cavab vermək hüququnu özündə saxlayır”.

Qeyd edək ki, dekabrın 25-də İsrailin hücumu nəticəsində Qüds briqadasının sabiq komandiri Qasım Süleymaninin yaxın silahdaşı və SEPAH müşaviri Seyid Rza Musəvi Suriyada həlak olub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar