SON XƏBƏRLƏR

ABŞ və Avropa ölkələri İranın uran zənginləşdirməsini qınayıblar

2023.12.29, 11:47
ABŞ və Avropa ölkələri İranın uran zənginləşdirməsini qınayıblar

ABŞ və 3 avropa ölkəsi İranın 60 faiz uran zənginləşdirməsinin qeyri-hərb sahələrdə istifadə olunacağı iddiasının əsassız olduğunu deyiblər.

Gunaz.tv

ABŞ, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlikləri birgə bəyanatla Tehranın bu hərəkətini qınayıblar. 

 Dekabrın 28-də yayılmış bəyanatda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına istinad olunub. 

“İranın bu hərəkəti onun nüvə proqramı ilə əlaqədar mövcud gərginlikləri daha da kəskinləşdirir” - bəyanatda deyilib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dekabrın 26-da bildirmişdi ki, İran hal-hazırda yetərincə 60 faiz zəgndinləşdirilmiş urana malikdir.

Daha çox zənginləşdirsə, nüvə silahı istehsal etməyə qadir olacaq.  

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar