SON XƏBƏRLƏR

Qirmızı Dənizdə üç döyüş qayığı ticarət gəmisinə hücum etmək istəyib

2024.01.01, 12:23
Qirmızı Dənizdə üç döyüş qayığı ticarət gəmisinə hücum etmək istəyib

Böyük Britaniyanın Dəniz-Ticarət Əmliyyatları (UKMTO) dəniz qüvvələri Yəmənin Əl-Hədidə limanına yaxın Qırmızı Dəniz sularında ticarət gəmisinə hücum olunduğunu bildirib.

Gunaz.tv

Bu barədə qurumun (UKMTO - United Kingdom Maritime Trade Operations) sosial şəbəkələrdə olan istifadəçi hesabında qeyd olunub. 

Bəyanata əsasən kimlikləri bəlli olmayan 3 qayığın gəmiyyə həmləsi zamanı iki tərəf arasında atəş mübadiləsi olub. 

Heyətin xəsarət almadığı və qarşı tərəfdən tələfatın olmadığı bildirilib. Həmçinin vurğulanıb ki, bölgədə olan Koalisiya qüvvələri hətəkətə keçməklə hücum edən qayqlar gəmidən uzaqlaşıblar. 

Ticarət gəmisi barədə hələ məlumat verilməyib.

Qurum bölgədə hərəkət edən gəmilərdən sayıq olmalarını və hər hansı şübhəli fəaliyyət müşüahidə etdikdə, yubatmadan əlaqə saxlamalarını istəyib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar