SON XƏBƏRLƏR

Yaponiyada zəlzələ nəticəsində 48 nəfər ölüb

2024.01.02, 10:23
Yaponiyada zəlzələ nəticəsində 48 nəfər ölüb

Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 48-ə çatıb.

Gunaz.tv

Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində minlərlə bina dağılıb. Hazırda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün müvafiq qurumlar və əsgərlər zəlzələ baş verən ərazilərdədir.

Həmçinin əlavə edilib ki, Yaponiyada yeraltı təkanlar artıq ikinci gündür ki, davam edir.

Sunami təhlükəsinə görə 100 mindən çox insan təxliyə edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar