SON XƏBƏRLƏR

İsrail axtarışda olan yüzlərlə yaraqlını həbs edib

2024.01.02, 12:19
İsrail axtarışda olan yüzlərlə yaraqlını həbs edib

İsrail Müdafiə Qüvvələri HƏMAS ilə müharibə başlayandan bəri İordan çayının qərb sahilində axtarışda olan 2550-dən çox yaraqlını həbs edib.

Gunaz.tv

Bu barədə “Sinxua” agentliyinə istinadən məlumat yayıb.

Saxlanılanlardan təxminən 1300-ü HƏMAS-ın üzvüdür. Qeyd olunub ki, ötən gün İsrail Müdafiə Qüvvələri, İsrail Təhlükəsizlik Agentliyi və Sərhəd Polisi İordan çayının qərb sahilində axtarışda olan 10 nəfəri həbs edib və çoxlu silah-sursat müsadirə edib.

Həbslər Qüds yaxınlığındakı Katanna qəsəbəsində, Nablus şəhəri yaxınlığında yerləşən Beyt-İba kəndində və Hebron şəhəri yaxınlığındakı Bəni-Nəim qəsəbəsində aparılıb. Terrorçuların vəsaitlərinin də müsadirə edildiyi qeyd edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar