SON XƏBƏRLƏR

Yaponiyada zəlzələdə ölənlərin sayı 91-ə çatıb

2024.01.05, 11:13
Yaponiyada zəlzələdə ölənlərin sayı 91-ə çatıb

Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 91-ə çatıb.

Gunaz.tv

Bu barədə regional hakimiyyət orqanları məlumat verib.

Qeyd olunub ki, 179 nəfərin taleyi məlum deyil.

250-dən çox sakin xəsarət alıb.

Yaponiya özünümüdafiə qüvvələrinin də cəlb olunduğu fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.

Yanvarın 4-də xilasedicilər dağıntılar altında 72 saatdan çox qalan yaşlı qadını çıxarıblar.

Zəlzələdən ən çox İşikava prefekturası zərər görüb.

İlkin məlumata görə, təbiət hadisəsi zamanı 250-dən çox ev dağılıb, yanğınlar isə daha 200 binanı məhv edib.

Xatırladaq ki, yanvarın 1-də Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub, qərb sahillərini sunami vurub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar