SON XƏBƏRLƏR

Cozep Borrell Livana səfər edəcək

2024.01.05, 12:15
Cozep Borrell Livana səfər edəcək

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Livana səfər edəcək.

Gunaz.tv

Bu barədə Aİ-nin Ali Nümayəndəsinin ofisi məlumat yayıb.

Bildirilib ki, yanvarın 5-dən 7-dək davam edəcək səfər çərçivəsində Borrell Livan parlamentinin spikeri Nəbih Berri, baş nazir Nəcib Mikati, xarici işlər və mühacir məsələləri üzrə nazir Abdullah Bou Həbib və Livan Silahlı Qüvvələrinin komandanı general Cozef Aun ilə görüşəcək.

"Səfər zamanı Aİ-nin Ali Nümayəndəsi, həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Missiya rəhbəri və Qüvvələr Komandanı general Aroldo Lazaro ilə fikir mübadiləsi aparacaq", məlumatda qeyd olunub.

Aİ-nin keçirdiyi görüşlərdə Qəzza və ətrafındakı vəziyyətin bütün aspektləri, o cümlədən onun regiona təsiri, xüsusilə İsrail-Livan sərhədindəki vəziyyət, həmçinin regional gərginliyin qarşısının alınması və mülki şəxslərə humanitar yardımın davam etdirilməsinin vacibliyi müzakirə olunacaq.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar