SON XƏBƏRLƏR

İran zənginləşdirilmiş uran həcmini artırır

2024.06.13, 14:04
İran zənginləşdirilmiş uran həcmini artırır

İran Atom Enerjisi Agentliyinin Qəyyumlar Şurasının qətnaməsinə qarşı reaksiya kimi uranın zənginləşdirilməsini artırır.

Gunaz.tv

Bu barədə "Reuters" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, diplomatik mənbələr iyunun 12-də bildiriblər ki, İran Qəyyumlar Şurasının qərarına özünün iki yeraltı obyektində zənginləşdirməni artırmaqla cavab verib.

İran bundan 18 ay əvvəldə 35 öləkədən ibarət olan Qəyyumlar Şurasının qətnaməsinə cavab olaraq uranın zənginləşdirilməsini 60%-ə qədər artırıb.

Bu həcmdə zənginləşdirilmiş uran isə nüvə silahı istehsal etməyə kifayət edir.

Beş diplomatın "Reuters" agentliyinə verdiyi məlumata görə, bu dəfə İran hökuməti yeraltı zənginləşdirmə obyektlərinin hər ikisində daha çox sentrifuqa quraşdırmağı planlaşdırır. 

Üç diplomatın sözlərinə görə isə Atom Enerjisi Agentliyinin müfəttişləri iyunun 13-də İranın uranın zənginləşdirilməsi ilə bağlı hərəkətləri barədə hesabat hazırlayacaqlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar