SON XƏBƏRLƏR

Təbriz İmam cüməsı ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb etdi

2026.11.14, 17:32
Təbriz İmam cüməsı ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb etdi

Gunaz.tv

Təbrizin İmam cüməsı Əhməd Mütəhhəri-Əsl cümə namazı xütbələrində növbəti dəfə ABŞ və İsrailə qarşı sərt bəyanatlarla çıxış edərək, ABŞ-ın bölgədən çıxarılmasını və İsrailin məhv edilməsini tələb edib.

O, cümə günü, noyabrın 13-də ABŞ-da şəxslərin dəyişməsinin və hakimiyyətin bir əldə digərinə keçməsinin bu ölkənin siyasətinin mahiyyətini dəyişmədiyini iddia edib.

Mütəhhəri-Əsl “ABŞ-ın bölgədən çıxarılması və İsrailin məhv edilməsi”nin müsəlman xalqlarının tələblərindən biri olduğunu bildirərək deyib: “Allah məzlumların səsini eşidir və münasib zamanda zalımlara cavab verəcək. İnşallah, ABŞ bölgədən qovulacaq və İsrail məhv ediləcək”.

Təbrizin İmam cüməsı çıxışının davamında “təkəbbürlü güclər” adlandırdığı tərəflərin cinayətlərinin cavabsız qalmayacağını da bəyan edib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar