SON XƏBƏRLƏR

İraq İranla daha bir sərhəd-keçid məntəqəsini bağladı

2026.11.13, 14:19
İraq İranla daha bir sərhəd-keçid məntəqəsini bağladı

İraq İranla Sumar sərhəd-keçid məntəqəsini bağlayıb. 

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Sərhəd-keçid məntəqəsinin nə vaxt açılacağı bildirilməyib.

"Sumar sərhəd keçid məntəqəsinin bağlanması Xarici İşlər Nazirliyinin açıqlamasından və İran İslam Respublikasının Bağdaddakı səfirliyinin diplomatik yazışmalarından sonra elan edilib",- məlumatda bildirilib.

Bir neçə gün əvvəl İraqın xarici işlər naziri Fuad Hüseyn"Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib ki, ABŞ Maliyyə Nazirliyi Vaşinqtonun İran hökumətinə iqtisadi təzyiqi artırmaq siyasətinin bir hissəsi olaraq Bağdaddan İranla iki sərhəd keçid məntəqəsi istisna olmaqla, hamısını bağlamağı tələb edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar