SON XƏBƏRLƏR

Kərkükdə valilik yenidən türkmənlərə əmanət edilir

2026.11.14, 16:53
Kərkükdə valilik yenidən türkmənlərə əmanət edilir

İraqın Kərkük valiliyində yeni bir dövr başlayır. İraq Türkmən Cəbhəsinin (İTC) Kərkük şöbəsinin rəhbəri Kahtan Vendavinin İraq Xarici İşlər Nazirliyinə təyin olunmuş hazırkı vali Mehmet Seman Ağanın yerinə keçəcəyi gözlənilir.

Gunaz.tv

Kərkük Vilayət Şurasının 14 noyabr şənbə günü Vendavinin vali təyinatı ilə bağlı səsvermə keçirmək üçün fövqəladə iclas keçirməsi planlaşdırılır. Türkmən siyasi nümayəndələri tərəfindən razılaşdırılmış Vendavi seçiləcəyi təqdirdə Mehmet Seman Ağadan sonra Kərkükün ikinci türkmən valisi olacaq.

Kərkükdəki ərəb, kürd və türkmən nümayəndələri arasında əldə edilən rotasiyalı idarəetmə razılaşmasında valiliyin müəyyən dövrlər üçün müxtəlif icmaların nümayəndələrinə veriləcəyi nəzərdə tutulur.

Yeni valinin seçilməsi ilə Kərkük administrasiyasında türkmən təmsilçiliyi davam edəcək. Lakin Vendavinin vəzifəyə başlaması üçün Vilayət Şurasında səsvermənin başa çatması vacibdir.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar