SON XƏBƏRLƏR

ABŞ-ın maliyyə naziri: “İranın məni öldürməklə hədələməsinə baxmayaraq, fəaliyyətimi davam etdirəcəyəm”

2026.11.13, 20:28
ABŞ-ın maliyyə naziri: “İranın məni öldürməklə hədələməsinə baxmayaraq, fəaliyyətimi davam etdirəcəyəm”

Gunaz.tv

ABŞ-ın maliyyə naziri Skott Bessent İranın ölüm təhdidlərinə baxmayaraq, fəaliyyətindən geri çəkilməyəcəyini və Tehrana qarşı iqtisadi təzyiq siyasətini davam etdirəcəyini bildirib.

Bessent cümə günü CNBC telekanalına müsahibəsində ABŞ Məxfi Xidmətinin tövsiyəsi və təhlükəsizlik narahatlıqları səbəbindən Vaşinqtonun Corctaun məhəlləsindəki yaşayış yerini tərk edərək hərbi bazaya köçdüyünü deyib.

O, İranı “küncə sıxışdırılmış təhlükəli heyvana” bənzədib və İran hakimiyyətindən gəldiyi bildirilən təhdidləri Vaşinqtonun iqtisadi siyasətinin effektivliyinin göstəricisi kimi qiymətləndirib.

ABŞ-ın maliyyə naziri bildirib: “Bu, iqtisadi təcrid əməliyyatı çərçivəsində gördüyümüz işlərin nəticə verdiyini göstərir”. O, həmçinin bu təhdidlərin onu qorxutmayacağını vurğulayıb.

Bessent “The Wall Street Journal” qəzetini də Vaşinqtondakı yaşayış yerinin havadan çəkilmiş görüntüsünü dərc etdiyinə görə tənqid edib və bunu məsuliyyətsiz, təhlükəli addım adlandırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar