SON XƏBƏRLƏR

Uyğur türkləri ata torpaqlarından köçməlidirlərmi?

2021.10.20, 07:36
Uyğur türkləri ata torpaqlarından köçməlidirlərmi?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, "Urumçidəki uyğur türkləri artıq əşyalarını yığmış vəziyyətdədirlər" Çinin Sincan uyğur muxtar vilayətinin mərkəzi Urumçidə iyulun 5-də çinlilərlə uyğur türkləri arasında meydana gələn etnik qarşıdurma nəticəsində ölənlərin sayı mübahisə mövzusu olaraq qalır. Çin rəsmi olaraq 197 nəfərin öldüyünü açıqlayıb. Ancaq uyğurlar neçə nəfərin öldüyü barədə fərqli düşünürlər. Hadisələrin cərəyan etdiyi Urumçidəki Saimachang bölgəsindən artıq insanlar köçməyə hazırlaşır. ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, Urumçidəki uyğur türkləri artıq əşyalarını yığmış vəziyyətdədirlər. Burada məscidlər bağlıdır. Sadə uyğurlular «Hadisələrdə neçə nəfər öldü?» sualına «Çox»,- deyə cavab verirlər və heç bir əlavə şərh vermirlər. Uyğurlular mövzu ilə bağlı ətraflı söhbətdən çəkinirlər. Uyğurluların bir qismi isə Kaşğara getməyi planlaşdırır. Qeyd edək ki, qeyri-rəsmi rəqəmlərə görə, Çində qarşıdurmalar zamanı mindən çox uyğur türkü öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar