SON XƏBƏRLƏR

Mehmet Əli Talat: “Gələn il Kiprdə federativ dövlətin qurulması ilə bağlı referendum keçirilə bilər”

2021.10.20, 07:36
Mehmet Əli Talat: “Gələn il Kiprdə federativ dövlətin qurulması ilə bağlı referendum keçirilə bilər”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Mehmet Əli Talat dövlət müstəqilliyi günü münasibətilə keçiriləcək tədbirlərə dəvət edilən xarici ölkə jurnalistləri ilə görüşüb. Mehmet Əli Talat bildirib ki, ŞKTC 1974-cü ildə Türkiyənin bölgədə gedən proseslərə müdaxiləsi nəticəsində müstəqilik qazanılıb. Kiprin yunan tərəfi ilə yaranan problemin həlli məqsədilə beynəlxalq təşkilatların vasitəçiliyi ilə atılan addımlardan da danışan prezident deyib ki, 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın təklif etdiyi sülh planı ilə əlaqədar keçirilən referendumu türklər dəstəkləsə də, yunanlar bu sülh planının əleyhinə səs veriblər: “Bununla da münaqişənin həllində yaranan problem yeni mərhələyə qədəm qoyub. Baxmayaraq ki, türklər sülhə dəstək veriblər, amma Avropa Birliyi Kiprin türklər yaşayan hissəsinə embarqo tətbiq edib. Nə BMT Baş Assambleyasının, nə də Avropa Birliyinin ŞKTC-yə embarqo qoyulması barədə rəsmi qərarı yoxdur. Amma faktiki olaraq, bu proses həyata keçirilir. Ölkə öz mallarını xaricə ixrac edə bilmir. Limanlarımız beynəlxalq qanunlar çərçivəsində işləyir. Gəmi şirkətlərinə Şimali Kiprlə işləməyə imkan vermirlər. Çünki növbəti mərhələdə həmin gəmi şirkətləri üçün Yunanıstan və digər ölkələrlə çalışmaqda məhdudiyyətlər yaradılır”. Mehmet Əli Talat FİFA-nın ölkəsinə tətbiq etdiyi embarqonun mahiyyətini anlamadığını söyləyib: “Analoqu olmayan bir embarqonu da FİFA tətbiq edib. FİFA Şimali Kiprin futbol komandasını nəinki rəsmi yarışlara, hətta yoldaşlıq qarşılaşmalarına da buraxmır”. Prezident münaqişənin həlli məqsədilə 2008-ci ildən başlanan danışıqlara da münasibətini bildirib: “Yunan tərəfi ilə gedən danışıqlar 2010-cu ildə hər hansı nəticə ilə yekunlaşa bilər. 2010-cu ilin əvvəlində Kiprdə federativ dövlətin qurulması yönündə referendum keçirilə bilər. Danışıqlar hazırda altı istiqamətdə gedir. Bunlar rəhbərliyin və qüvvələrin paylaşması, mülkiyyət, torpaq, iqtisadi paylaşma, təhlükəsizlik və sığorta, o cümlədən Avropa Birliyinə daxil olma məsələləridir. Danışıqların birinci mərhələsi gələn həftə yekunlaşmalıdır. Bir çox məsələlər razılaşdırılıb. Amma yunan tərəfinin çalışdığı məsələ BMT-nin parametrlərini dəyişməkdir. Beynəlxalq birliyin təzyiqi və müdaxiləsi olmasa, Kiprin yunan tərəfi məsələnin həllində maraqlı görünməyəcək. Çünki onlar artıq Avropa Birliyinin üzvüdür. Anlaşmanı uzatmaqla türk tərəfini daha çox güzəştə məcbur etməyi düşünürlər”. Münaqişənin həllində Türkiyənin və Yunanıstanın yeri barədə ünvanlanan sualı da cavablandıran ŞKTC prezidenti bildirib ki, Türkiyə problemin həllinə tərəfdardır: “Hətta Türkiyə prezidenti Abdullah Gül bildirdi ki, 2009-cu ilin sonuna qədər bir anlaşmanın olmasını istəyirik. Amma qarşı tərəfin bunu istəməsindən əmin deyilik. Çünki yunan tərəfindən açıqlama verildi ki, 2009-cu ilin sonu üçün hər hansı anlaşmadan söhbət gedə bilməz”. Prezident deyib ki, Avropa Birliyinin münaqişənin qarantı olması danışıqlarda müzakirə mövzusu deyil: “Avropa Birliyinin belə bir missiyası yoxdur. Türkiyənin qarant dövləti olmaması mümkün deyil. Bu müzakirə ediləcək məsələ deyil. Çünki xalqın 90 faizi bunu istəyir. 1970-ci illərdə BMT-nin sülhməramlıları bu bölgədə təhlükəsizliyin təminatçısı kimi iştirak edirdilər. Həmin illərdə türk kəndləri yunan silahlıları tərəfindən dağıdıldı, yüzlərlə insan qətlə yetirildi. Türkiyə bölgəyə gələndən sonra təhlükəsizlik problemi öz həllini tapdı”. Respublikanın 20 iyul zəfər bayramına Türkiyənin prezident və baş nazir səviyyəsində iştirak etməməsinin səbəbləri ilə bağlı da sualı cavablandıran Mehmet Əli Talat bunun adı çəkilən şəxslərin iş qrafiki ilə əlaqələndirib. Maliyyə böhranı ilə bağlı məsələyə münasibət bildirən Mehmet Əli Talat Şimali Kiprin də b prosesdən əziyyət çəkdiyini deyib: “Kiprin iqtisadiyyatının əsasını turizm təşkil edir. Bura ən çox turist göndərən ölkə Türkiyə, İngiltərə və Almaniyadır. Hər üç ölkə maliyyə böhranından əziyyət çəkdiyinə görə, dolayısı ilə Kiprdə bu problemlə üz-üzə qalıb. Bu proses əsasən əmlak bazarına da öz təsirini göstərib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar