SON XƏBƏRLƏR

TEHRANDA YENİ ETİRAZ DALĞASI(fotolar)

2021.10.20, 07:36
TEHRANDA YENİ ETİRAZ DALĞASI(fotolar)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün(17 iyul) İran Üləmalar Məclisinin rəhbəri, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri, keçmiş prezident ayətullah Haşimi Rəfsəncaninin rəhbərliyi ilə qılınan cümə namazından sonra Tehran Universitetinin ətraf küçə və meydanlarında toplaşan minlərlə insanla hökumət qüvvələri arasında qarşıdurmalar baş verib. həmin insanların əksəri builki prezident seçkisində hazırkı prezident Mahmud Əhmədinejadın rəqibi olmuş keçmiş baş nazir Mirhüseyn Musəvinin tərəfdarları olub (Musəvi də universitetdəki cümə namazında iştirak edib). M.Musəvinin tərəfdarları “Ya Hüseyn, Mirhüsen”, “Haşimi, sussan, xainsən”, “Ey qeyrətli Haşimi, himayə et, himayə”, “Çevriliş hökuməti, istefa, istefa”, “Bizim Söhrab ölməyib, hökumətdir ki, ölüb”, “Çinə ölüm”, “Rusiyaya ölüm” kimi şüarlar səsləndiriblər. Polis qüvvələri, mülki geyimli hökumət adamları və “Bəsic” (hökumət tərəfdarı könüllülər) nümayəndələri müxtəlif soyuq silahlarla aksiyaçılara hücuma keçərək onları dağıtmağa başlayıblar. Bu zaman aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib, havaya güllə atılıb. Yüzlərlə aksiyaçının həbs edilərək bilinməz istiqamətə aparıldığı, onlarla adamın bədən xəsarəti aldığı vurğulanır. Bununla belə, aksiyaların universitet binası yaxınlığındakı Hafiz körpüsü, İnqilab küçəsi və Keşavərz bulvarı ətrafında davam etdirildiyi bildirilir. Hökumət qüvvələri ilə qarşıdurmalarda ölənin olub-olmadığı barədə məlumat yayılmayıb. Hadisələr qızışan vaxt Tehranda mobil telefon və SMS şəbəkəsi kəsilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar